18:27 19 Sentyabr 2020 539
Ana səhifə Xəbərlər

Ağstafada 29 yaşlı gənc bıçaqlandı

Ağstafada bıçaqlanma hadisəsi baş verib.

APA TV-nin qərb bürosunun xəbərinə görə, hadisə rayonun Köçəsgər kəndində qeydə alınıb.

Kənd sakini, 29 yaşlı Elvin Vaqif oğlu Babayev bədəninin müxtəlif yerlərindən çoxsaylı bıçaq xəsarətləri alıb. Yaralı dərhal Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəyə lazımi tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğunu bildirilir.

Məlumata görə, Elvin Babayev tanımadığı şəxs tərəfindən bıçaqlanıb. Olay yerinə polis əməkdaşları cəlb olunub. Hadisəni törədən şəxs və ya şəxslərin kimliyi araşdırılır.

Fuad Nazimoğlu

Mehdi Məmmədov

APA TV Ağstafa

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın