19:11 18 Yanvar 2021 69
Ana səhifə Xəbərlər

Ağstafada minik maşını idarəetmədən çıxdı – SÜRÜCÜ XƏSARƏT ALDI

Ağstafada yol nəqliyyat hadisəsi baş verib.

APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə rayonun Dağkəsəmən kəndində qeydə alınıb. “VAZ-2107” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı işıq dirəyinə çırpılıb. Nəticədə avtomobili idarə edən 24 yaşlı Kənan Yusibov müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Hazırda onun vəziyyəti kafi qiymətləndirilir.

Ağstafa Polis Şöbəsindən verilən məlumata görə, nəqliyyat vasitəsi İlqar Vəliyevə məxsus olub. Qəzadan az əvvəl nəqliyyat vasitəsinin sahibi İlqar Vəliyev maşını dostu Kənan Yusibova verərək onu mağazaya göndərib. Lakin Kənan kəndarası yolda ötmə əməliyyatı edərkən nəqliyyat vasitəsi idarəetmədən çıxıb və qəza baş verib.

Faktla bağlı araşdırma aparılır.

Fuad Nazimoğlu,

Mehdi Məmmədov,

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın