12:28 02 Dekabr 2020 152
Ana səhifə Xəbərlər

Ağstafada yaşayış yerini qanunsuz tərk edən koronavirus xəstələri aşkarlandı

Ağstafada yaşayış yerini icazəsiz tərk edən koronavirus xəstələri saxlanılıb.

DİN mətbuat xidmətinin Gəncə regional qrupundan APA TV-nin yerli bürosuna verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən müvafiq araşdırmalar nəticəsində rayonun Dağkəsəmən kənd sakinləri Məmməd Heydərov və onun həyat yoldaşı Gülnarə Heydərova koronavirus testlərinin nəticələrinin pozitiv çıxmasını bilə-bilə yaşadıqları evi qanunsuz tərk ediblər.

Həmin şəxslər müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə evə göndərilib, barələrində araşdırmalar davam etdirilir.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın