04:21 24 Oktyabr 2020 119
Ana səhifə Xəbərlər

Ağstafada yol-nəqliyyat hadisəsi baş verdi – 4 NƏFƏR XƏSARƏT ALDI

Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.

APA TV xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun Qırılı kəndindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan "VAZ 2107" markalı avtomobillə "Hyundai" markalı minik maşını toqquşub. Qəza zamanı rayon sakinləri 1994 cü il təvəllüdlü Maşayev Cavid İsa oğlu ,1992 ci il təvəllüdlü Qasımov Hafiz Həvəs oğlu,1986 ci il təvəllüdlü Hüseynov Adil Aqil və 2001 ci il təvəllüdlü Aşurov Məmməd Ayaz oğlu xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.Yaralıların vəziyyətin orta ağır olduğu bildirilir.

Hadisə yerinə DYP əməkdaları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın