22:40 03 Dekabr 2019 46
Ana səhifə Xəbərlər

İki “07” toqquşdu: 5 yaralı - AĞSTAFADA

Ağstafada yol nəqliyyat hadisəsi baş verib.

APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

“VAZ 2107” markalı 2 minik maşını toqquşub. Qəza zamanı 14 yaşlı Rəvan Nadir oğlu Almməmədli, 35 yaşlı Aytən Süleyman qızı Nuriyeva, 26 yaşlı Əli Yuri oğlu Əlizadə, 20 yaşlı Tahirə Zülfüqar qızı Məmmədova və 21 yaşlı Samirə Abdüləli qızı Əliyeva müxtəlif xəsarətlər alıb. Xəstəxanaya yerləşdirilən 5 nəfərin vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın