18:30 12 Fevral 2020 520
Ana səhifə Xəbərlər

Ağsu sakini evində yanaraq öldü

Ağsu sakini evində yanaraq ölüb.

APA TV-nin yerli bürosunun xəbərinə görə, rayonun Xatman kəndində ümumi sahəsi 120 kvadratmetr olan birmərtəbəli 3 otaqlı ev tamamilə yanaraq yararsız hala düşüb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Ağsu Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub.

Yanğın söndürüldükdən sonra ev sahibi, 1938-ci il təvəllüdlü Akif Abulovun yanmış meyiti mənzilin içərisindən aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın