18:10 11 İyul 2020 537
Ana səhifə Xəbərlər

Ağsuda 12 baş inəyi oğurlayan qəssab yaxalandı

Ağsuda 12 baş inəyi oğurlayan qəssab tutulub.

APA TV-nin yerli bürosunun xəbərinə görə, Ağsu Rayon Polis Şöbəsinə müraciət edən rayon sakinləri onlara məxsus ümumilikdə 12 baş iribuynuzlu mal-qaranın müxtəlif vaxtlarda naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını bildiriblər.

Daxil olmuş müraciətlər əsasında polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini Famil Məmmədov saxlanılıb. O, törətdiyi cinayət əməlini etiraf edib və oğurladığı heyvanlardan 10 başı götürülərək sahiblərinə qaytarılıb.

Rayonda qəssablıq fəaliyyəti ilə məşğul olan Famil Məmmədov 2 baş inəyi kəsərək satdığını bildirib.

Faktla bağlı araşdırma aparılır.

Şahnəzər Bəşirov

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın