00:40 19 Aprel 2018 2095
Ana səhifə Xəbərlər

Ailənin tək oğul övladı hər an ölə bilər - YARDIM HARAYI

Ərzuman ailənin tək oğul övladıdır. Özündən başqa üç bacısı var. Atasını beş ay əvvəl itirən Ərzumanın səhhəti qəflətən pisləşir. 27 yaşlı gənc sağlam həyat tərzi keçirdiyindən, əvvəlcə qripə tutulduğunu düşünür. Daha sonra səhhətinin daha da ağırlaşdığını hiss edir: "Anama həyət işlərində kömək etməyə halım olmadı həmin gün. Dedi ki, banka qoyaram, keçib gedər. Belə də oldu. Amma ilk dəfə idi ki, yediyimi qaytardım. Gecə saatlarında ağrılarım daha da artdı. Bu dəfə yediyimi deyil, qan qaytardım".

Ərzumanın vəziyyətinin gərginləşdiyini görən anası Sevda xanım onu Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirir. Üç günlük müalicədən sonra mütəxəssislərin məsləhəti ilə Ərzuman Bakıya 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilir.

Anası Sevda xanım deyir ki, bu ilin yanvar ayından Ərzumanın xəstəliyi daha da kəskinləşib: "Allah köməkləri olsun bizim həkimlərin. Göndərdilər 1 saylı Kliniki Tibbi Mərkəzə. Burda 17 gün müalicə aldı. Qanaxma dayandı. Müalicələr aldı. Amma qarnındakı şiş böyüməyə başladı. Dedilər, qaraciyər serrozudur. Həkimlər xəstəliyin gizli irəlilədiyini və serroza çevrildiyi haqda rəy verdilər".

Ailə Ərzumanın müalicəsi üçün Bakıya köçüb. Paytaxtda kirayə yaşayırlar. Mütəxəssislər 27 yaşlı gəncə təcili qaraciyər köçürülməsini məsləhət görürlər: "Mənim bu əməliyyata heç cür imkanım çatmır. Balama yazığınız gəlsin, gəncdir. Bu günə kimi heç bir pis vərdişi olmayıb. Siqaret belə çəkməyib, spirtli içki qəbul etməyib. Əgər balama bir şey olsa, mən yaşamaram".

Ailənin övladına qaraciyər köçürülməsi üçün yardıma ehtiyacı var: "Yalvarıram, xahiş edirəm, oğluma dəstək olun. Maddi dəstək olun ki, qaraciyər köçürülməsi əməliyyatı baş tutsun".

Hazırda Sevda Mövsüm qızı Ərzumanovanın adına "TuranBank" ASC-nin Binəqədi filialında hesab açılıb.

Hesab nömrəsi: AZ15TURA41010031287800110944

Son rəqəm: 5474

Kömək edin ki, bir gəncin həyatını qurtaraq!

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın