16:07 21 İyun 2018 609
Ana səhifə Xəbərlər

Ali Hərbi Məktəbdə daha bir məzun günü - MƏRASİMDƏN REPORTAJ

Heydər Əliyev adına Ali Hərbi Məktəb növbəti məzunlarını yola salıb.


APA TV-nin məlumatına görə, keçirilən təntənəli mərasimdə müdafiə naziri general-polkovnik Zakir Həsənov, Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov, nazirliyin yüksək rütbəli zabitləri, ictimaiyyət nümayəndələri və məzunların yaxınları iştirak ediblər: "Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü orduların sırasındadır. Hər bir ordunun gücünün əsas göstəricilərindən biri onun zabit heyətinin peşəkarlığı vətənpərvərliyidir. Bu gün Azərbaycan ordusunda yüksək peşəkar zabitlərin hazırlaması üçün bütün şərait yaradılıb. Bütün yüksək avadanlıq və texnika ilə təmin olunub. Ordumuzun gücünü artıran onun savadlı və bacarıqlı zabitlərinin olmasıdır. Ölkə başçısı cənab İlham Əliyev zabitlərimizə xüsusi qayğı göstərir. Bu qayğının nəticəsidir ki, bir neçə gündən 500-dən çox zabitimiz evlə təmin olunacaq".

Sonra hərbi məktəbin tədris və intizamda fərqlənən məzunlarına diplom və qiymətli hədiyyələr təqdim edilib.

Məktəbi fərqlənmə ilə bitirən məzunlar üzərində ulduz və aypara təsviri olan emblemləri rəmzi yaş kötüklərinə vurublar.

Daha sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin döyüş bayrağının təhvili və qəbulu olub:

"Heydər Əliyev adına Ali Hərbi Məktəbin müdavimləri mərasimi nümunəvi keçidlə sonlandırıblar. Bu gündən etibarən isə onlar Silahlı Qüvvələrin sıralarına daxil olurlar".

"Bu gün bizim üçün əlamətdar bir gündür. Prezidentimizin sayəsində ordumuz güclənir, Qafqazda sözünü deyən ordulardan biridir. Biz fəxr edirik ki, Azərbaycan Respublikasına xidmət edirik. Öz vəzifəmizi layiqincə yerinə yetirməyə hazırıq".


"Mən və bütün məzun olan zabit yoldaşlarımı təbrik edirəm. İnşallah vətənimizə layiqli zabit olarıq".

Sinxron: valideynlər

"Çox fəxr edirik ki, oğlumuz bu yolu seçib. İstəyirik ki, həmişə bu rütbəni poqonu layiqli daşısın".


"Bütün valideynləri təbrik edirəm. Allah bizə həmişə sülh qismət etsin".

Müəllif | Apa.Tv

Almaz Qasımova

Kodu kopyalayın