18:34 18 Yanvar 2021 69
Ana səhifə Xəbərlər

AMEA işğaldan azad olunan rayonlara dair tədbirlər planı hazırlayır

“Bu il Azərbaycan Milli Elmlər Akademiyasına 117 milyon manat vəsait ayrılıb".

APA TV-nin məlumatına görə, bunu mətbuat konfransında AMEA-nın akademik-katibi Adil Qəribov deyib. O bildirib ki, bu məbləğin də 81-82 faizi institutların işçilərinin əmək haqqına ayrılıb, qalan vəsait isə qurumların gündəlik tələbatlarına sərf olunacaq.

Akademiyanın hazırkı inkişaf tempinin aşağı olduğunu deyən Adil Qəribov qeyd edib ki, son illərdə akademiyaya 50 milyonluq qrantlar ayrılıb ki, bunlarla da müxtəlif cihazlar alınıb. Onun sözlərinə görə, bu cihazlardan səmərəli istifadə faizi 20 faizdən artıq deyil.

“10 ilin nəticələri göstərir ki, bir neçə institut istisna olmaqla, digər institutlar tərəfindən tədqiqat aparılmır” deyən akademik-katib bildirib ki, eyni zamanda bir sıra islahatlar da aparılıb: “Bu islahatlar bir neçə istiqamətdə aparılıb. Bunlar elmin istiqamətləndirilməsi, planlaşdırılması, onun prioritetliyinin təminindən, icra mexanizminə qədər, maliyyə kadr və bütün sahələrini əhatə edən islahatlardır. Bu islahatlar əlbəttə ki, son islahatlar deyil”.

A.Qəribov İnstitutlarda gənclərin faizlə sayının 10-20 faizdən çox olmadığını və gənclərə ehtiyacın olduğunu qeyd edib: “Əsas məqsədimiz yüksək savadlı insanları akademiyada saxlamaqdır. Akademiyada qalan kadrların yerinə isə universitetlərdən gənc kadrlar hazırlamaqdır. Bax onlar üçün şərait yaratmaq lazımdır. Bizim gəncləri xaricə göndərmək təcrübəmiz var. Ölkə başçısının sərəncamı və Təhsil nazirliyinin xətti hər il yüzlərlə gənc xaricə təhsil almaq üçün göndərilir. O gənclər xaricdən bura gətirməliyik. Onların təcrübələrindən yararlanmalıyıq”.

Akademik Adil Qəribov işğaldan azad olunan rayonlarımızda AMEA-nın tədbrilər planından da danışıb.

O bildirib ki, işğaldan azad olunmuş torpaqlara vurulmuş ziyanı keçmiş və indiki durumu müqayisə etməklə aparılacaq.

Xələf Xələfov

Üzeyir Ağayev

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın