16:47 18 Oktyabr 2020 111
Ana səhifə Xəbərlər

Anar Eyvazov: “Düşmən gərginlik yaratsa Ordumuz daha kəskin tədbirlər görəcək”

“Hazırda əməliyyat şəraiti tam olaraq bölmələrimizin nəzarəti altındadır”.

APA TV-nin məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov bildirib. O, bildirib ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin göstərmiş olduğu qətiyyətli mövqe Ordumuzun hərbi qulluqçularında, xüsusilə əsgərlərimizdə böyük ruh yüksəkliyi yaradıb: “Hərbi qulluqçularımızın mənəvi-psixoloji vəziyyəti, Ordumuzun maddi-texniki təminatı ən yüksək səviyyədədir. Azərbaycan Ordusu düşmənin istənilən təxribatının qarşısını almağa, Ali Baş Komandan tərəfindən qarşıya qoyulan istənilən döyüş tapşırığını vaxtında və tam olaraq icra etməyə hazırdır”.

Anar Eyvazov bildirib ki, Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən bəyan edildiyi kimi, humanitar atəşkəs qətiyyən sülh demək deyil.

Azərbaycan Ordusu hazırda əməliyyat ərazisində humanitar atəşkəs rejimini tam təmin etməklə, ərazidə olan cəsədlərin toplanması, eyni zamanda tərəflərdə olan əsirlərin dəyişdirilməsi üçün lazımi şəraiti yaratmaqdadır. Lakin təəssüf ki, Ermənistan tərəfi humanitar atəşkəs rejiminə məhəl qoymadan dəfələrlə işğaldan azad edilmiş əraziləri, o cümlədən Cəbrayıl şəhərini artilleriya atəşinə məruz qoyur.

Anar Eyvazovun sözlərinə görə, düşmən humanitar atəşkəs rejiminə məhəl qoymadan yenə əməliyyat bölgəsində gərginlik yaratmağa davam edərsə, Ordumuz tərəfindən daha kəskin şəkildə adekvat tədbirlər görüləcək.

Musa Qulammirzəyev,

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın