17:35 15 Yanvar 2021 62
Ana səhifə Xəbərlər

Anar Eyvazov: “Tanınmış şəxslər müvafiq qurumlardan icazə alaraq formadan istifadə edə bilərlər”

“Tanınmış şəxslər Müdafiə Nazirliyi və digər müvafiq qurumlardan icazə almaqla hərbi formadan istifadə edə bilərlər”.

APA TV-nin məlumatına görə, bunu mətbuata açıqlamasında Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov deyib. Qeyd edib ki, Vətən Müharibəsi dövründə səfərbərlik üzrə hərbi xidmətə çağırılmış və səfərbərlikdən tərxis edilmiş şəxslər, eləcə də, bəzi vətəndaşların hərbi geyim formasını daşıma hüququna malik olmadığı halda bu geyimdən istifadə etməsi hallarının qarşısını almaq məqsədilə Müdafiə Nazirliyinin Hərbi polis bölmələri Bakı Qarnizonu və digər qarnizonlar da reydlər keçirir: “Bu cür hallar müvafiq qanunvericiliyə zidd olmaqla yanaşı, eyni zamanda müzəffər Azərbaycan Ordusunun imicinə xələl gətirir. Belə hallar müzəffər Azərbaycan əsgərinin profilinə də müəyyən neqativ təsirlər bağışlayır”.

Qurum rəsmisi bildirib ki, hərbi geyim formasının daşınması “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanları haqqında” Əsasnamə və “Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanlarının təsvirləri”nin təsdiq edilməsi barədə”

Prezidentin 2001-ci il 25 iyun tarixli Fərmanı ilə tənzimlənir. Bu fərmana əsasən hərbi geyim formasını daşımaq hüququ olmayan şəxslərin hərbi geyim formasından istifadə etməsi qadağan edilib: “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 534-cü maddəsinə əsasən, hərbi geyim formasını qanunsuz daşımağa görə, inzibati xətanın obyekti olmuş hərbi geyim forması müsadirə edilməklə 300 manatdan 500 manatadək cərimə edilir”.

Qeyd edək ki, belə halların qarşısını almaq məqsədi ilə Müdafiə Nazirliyi tərəfindən tədbirlər davam etdirilir.

Həmidağa Məcidov,

Musa Qulammirzəyev,

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın