16:00 20 İyul 2018 241
Ana səhifə Xəbərlər

Anar Quliyev: "Bakının Baş Planı hazırlanarkən tarixi abidələr qorunacaq" - MÜSAHİBƏ

"Bakının Baş Planı hazırlanarkən tarixi abidələr qorunacaq". Bunu APA TV-yə müsahibəsində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin aparat rəhbəri Anar Quliyev deyib.

Anar Quliyev Bakının Baş Planının hazırlanma prosesinə artıq start verildiyini bildirib və əlavə edib ki, Baş Planın hazırlanma prosesi iki mərhələdə həyata keçiriləcək.

Aparat rəhbəri qeyd edib ki, Bakı şəhərinin inkişaf konsepsiyası hazlanacaq: "Prosesdə mövcud şəhərsalmanı tənzimləyən qanunvericilik təhlil ediləcək. Hər bir məsələ üzrə əlavə tələb olunan ekspertiza müəyyənləşdiriləcək. Burda nəqliyyatın da tənzimlənməsinə xüsusi diqqət yetiriləcək".

Anar Quliyev Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq şəhərsalma prosesinə nəzarəti gücləndirəcəyinə də diqqət çəkib: "Əsas məsələ ondan ibarətdir ki, şəhərsalma qanunvericiliyinin tələblərinə riayət olunmalıdır. Proses qanunvericilik aktlarının tələblərinə uyğun təşkil olunacaq. Bundan başqa, Baş Planın hazırlanması çərçivəsində dəqiq zonalaşdırma aparılacaq. Prosesdə tarixi abidələr qorunacaq".

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın