Anjey Kaspşik yenidən ATƏT sədrinin şəxsi nümayəndəsi təyin olunub
ATƏT-in fəaliyyətdə olan sədrinin Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsi, polşalı diplomat Anjey Kaspşik yenidən ATƏT sədrinin şəxsi nümayəndəsi təyin olunub.
APA TV-nin xəbərinə görə, bu barədə məlumat ATƏT-in rəsmi saytında yerləşdirilib.
ATƏT-ə sədrliyin İsveçə ötürülməsi ilə təşkilatın fəaliyyətdə olan sədrinə xüsusi nümayəndələr təyin edilib.
Bildirilib ki, 2020-ci ildə Albaniyanın ATƏT-ə sədrliyi dövründə çalışan xüsusi nümayəndələrin çoxu İsveçin sədrliyi dövründə də fəaliyyətinə davam edəcək.
Qeyd edək ki, Anjey Kaspşik ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi vəzifəsini 1997-ci ilin yanvarından icra edir.