06:00 12 Noyabr 2019 36
Ana səhifə Xəbərlər

Aqiyə Naxçıvanlı: “Güzəştli ipoteka kreditləri çoxuşaqlı ailələrə də şamil olunsun!

“Bu ilin 9 ayında ümumi daxili məhsulun artımı 2,5 faiz təşkil edib. Burada diqqətçəkən məqam qeyri-neft sektorunun, kənd təsərrüfatının payının sürətlə artımıdır”.

APA TV-nin məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edən spiker Oqtay Əsədov deyib.

O bildirib ki, oktyabrın 15-də keçirilmiş iqtisadi müşavirədə Prezident İlham Əliyevin qeyd etdiyi kimi, son illərdə aparılan islahatlar, qeyri-neft sektorunun inkişafı ilə bağlı atılan addımlar öz bəhrəsini verir: “Ölkəmizin valyuta ehtiyatları son 1 ildə 9 faizdən çox artaraq, 48,8 milyard dollar təşkil edib. 9 ayda ölkə iqtisadiyyatına 10 milyard manatdan çox investisiya yatırılıb. 9 ayda əhalinin gəlirləri 8,9 faiz artıb, inflyasiya 2,6 faiz təşkil edib”.

Cari məsələlərin müzakirəsi zamanı Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı çoxuşaqlı ailələrlə bağlı müavinət sisteminə yenidən baxılmasını təklif edib. Deputat güzəştli ipoteka kreditlərinin verilməsi şərtlərinin çoxuşaqlı ailələrə və müəllim ailələrinə şamil olunmasını da təklif edib. O bildirib ki, uşaqların asudə vaxtlarının səmərəli təşkil edilməsi üçün dövlət səviyyəsində istirahət mərkəzlərinin yaradılması üçün vəsait ayrılmasına böyük ehtiyac var: “Sosial təminatı zəif olan, o cümlədən imtiyazlı ailələrin uşaqları bu düşərgələrdən yararlana bilərlər. Bunun üçün büdcədən böyük vəsaitin ayrılması tələb olunmur”.

Deputat Vahid Əhmədov Azərbaycanda “Gəlir deklarasiyası haqqında” qanundan irəli gələn normativ sənədlərin hazırlanmasını təklif edib: “Son vaxtlar Azərbaycanda bir neçə sənaye parkı istifadəyə verilib. Həmin sənaye parkları 7 il müddətinə vergidən azad edilib. Amma İqtisadiyyat Nazirliyi sənaye parklarının daha 3 il müddətinə vergidən azad edilməsini istəyir. Fikrimcə, 7 il kifayətdir ki, həmin sənaye parkları işləsin və dövlət büdcəsinə vergi ödəsin”.

Millət vəkili Qənirə Paşayeva da bir sıra təkliflərlə çıxış edib.

İclas müzakirələrlə davam edib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın