18:21 25 Sentyabr 2020 1360
Ana səhifə Xəbərlər

AQTA toylara icazə verildikdən sonra şadlıq saraylarına necə nəzarət ediləcəyini açıqladı

Toylar şadlıq saraylarında təşkil olunduğuna görə ictimai iaşə obyektinin bir növüdür. Ona görə də Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin nəzarət sahələrindən biridir.

APA TV-nin məlumatına görə, bunu Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “Facebook” səhifəsindəki "Təhlükəsiz Qida" adlı onlayn verilişində AQTA sədrinin müşaviri Elxan Mikayılov bildirib. Onun sözlərinə görə, əksər şadlıq saraylarının restoran fəaliyyəti də var, yəni vətəndaşlara təkcə toylar üçün deyil, restoran kimi də xidmət göstərir.

"Bu səbəbdən toylara icazə verildiyi halda təbii ki, bütün şadlıq sarayları ilə əvvəlcədən metodiki təlimatlar üzrə və Nazirlər Kabinetinin müvafiq qərarları üzrə maarifləndirmə tədbirləri həyata keçirəcəyik. Çünki bilirsiniz ki, toylara icazə verilsə bu, ən yüksək riski olan sahələrdən biri olacaq. Çünki eyni anda çoxlu sayda adam eyni məkana yığışacaq. Bu mənada yəqin ki, bununla bağlı tənzimləyici normalar müəyyənləşdiriləcək ki, pandemiya dövründə şadlıq saraylarının fəaliyyəti necə təşkil olunmalıdır. Müvafiq nəzarət tədbirləri də həyata keçiriləcək”- deyə Elxan Mikayılov bildirib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın