06:40 18 Sentyabr 2019 91
Ana səhifə Xəbərlər

Araz Əlizadə: “Belə çıxır ki, biz turizmi ancaq ərəblərə hesablamışıq”

Azərbaycanda turizm sektoruna zərbə vuranlar var.

APA TV-nin məlumatına görə, millət vəkili Araz Əlizadə bu gün Əmək və sosial siyasət komitəsinin iclasında bu barədə fikir bildirib:

“Turizm sahəsində ən böyük problemin restoranlarda, yeməkxanalarda qiymətlərin od tutub yanmasıdır. Bu barədə ciddi düşünmək lazımdır. Nə qədər turist yaxınlaşıb soruşur ki, harada normal qiymətə yemək olar? Düzdür, bizə o qədər də yüksək səviyyəli ərəb turistlər gəlmir. Elə çıxır ki, biz turizmi ancaq ərəblərə tuşlamışıq, ayrı yerdən turistlər lazım deyil. Xeyr, bizə ayrı ölkələrdən turistlər lazımdır. Azərbaycanı bütün dünya tanımalı, mədəniyyətimizi, incəsənətimizi gəlib görməlidir”.

Millət vəkili bütün bunlara qarşı ciddi tədbirlər görülməsinin vacibliyini qeyd edib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın