14:20 06 Dekabr 2019 348
Ana səhifə Xəbərlər

Artilleriyaçı-kursantlarımız poliqonda! - TƏLİM

Heydər Əliyev adına Ali Hərbi Məktəbin artilleriyaçı-kursantlarının hərbi poliqonda intensiv hazırlığa başlayıb.


APA TV-nin Müdafiə Nazirliyinə istinadən məlumata görə, təlimlər tədris planı və proqramına uyğun olaraq həyata keçirilir.

Dərslərdən əvvəl heyətə təlim sahələrinin təhlükəsizlik qaydaları, atışın şərtləri öyrədilir.

Səhra şəraitində keçirilən məşğələlərdə kursantlar bölmə komandirləri rolunda çıxış edərək, yaradılmış taktiki vəziyyətə uyğun hərəkət edir.


Şəxsi heyət müxtəlif artilleriya qurğularından istifadə vərdişlərini məşq edir, döyüş meydanında hədəflərin aşkar edilərək atəşlə məhv edilməsi çalışmalarını və digər praktiki tapşırıqları yerinə yetirir.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın