12:00 10 Oktyabr 2019 44
Ana səhifə Xəbərlər

Arvadını qantellə öldürüb Şəkiyə qaçdı - TƏFƏRRÜAT

Bakıda qətl hadisəsi törədilib.

APA TV-nin xəbərinə görə, hadisə oktyabrın 8-də paytaxtın Nizami rayonu ərazisində - Məmməd Şərifli küçəsi 82a, mənzil 25-də qeydə alınıb.

Həmin ünvanda yaşayan 1980-ci il təvəllüdlü İlham Əkbərov həyat yoldaşı, 1983-cü il təvəllüdlü Cəvahir Əkbərovanı qantel vasitəsilə qətlə yetirib.

Qətl törətdikdən sonra hadisə yerini tərk edən İlham Əkbərov Şəki rayonuna qaçıb. Nizami və Şəki rayon Polis şöbələri əməkdaşlarının birgə həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində İham Əkbərov saxlanılıb.

Saxlanılan şəxs hadisəni namus üstündə törətdiyini bildirib.

Qonşuların bildirdiyinə görə, hadisə 9 və 15 yaşlı övladların gözü qarşısında baş verib: “Biz o qadından heç bir şey görməmişik. O qadından heç nə görməmişik. Çox qeyrətli qızıydı. Əlləri yanıq mərasim evində işləyirdi. Döşək və yorğan yuyurdu. O, qeyrətli kişi olsaydı, gəlib arvadını evdə otuzdurardı və o sözü də deməzdi”.

- Versiya olaraq nə deyir?

- Guya pis yola düşübsən.

- Öldürəndə uşaqlar yanında olub?

Hə, yanında olub.

Məlumata görə, Cəvahir Əkbərova İlham Əkbərovun ikinci həyat yoldaşıdır.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın