12:30 14 Yanvar 2021 58
Ana səhifə Xəbərlər

Astarada avtoxuliqanlıq edən şəxs həbs edildi

Astarada avtoxuliqanlıq edən şəxs həbs edilib.

APA TV-nin cənub bürosundan verilən məlumata görə, rayon sakini Sərxan Cəfərov idarə etdiyi "VAZ 2107" markalı avtomobillə, axşam saatlarında şəhər ərazisində avtoxuliqanlıq hərəkətləri edərkən Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb: “Axşam vaxtları idi, özümə aid olan maşınla, Həzi Aslanov küçəsində bir az avtoşluq elədim. Yol polisləri rast gəldi. İstədim qaçım, saxladılar”.

Astara RPŞ DYPB-nin rəisi İlqar Rəhimzadə deyir ki, sürücü barəsində toplanan materiallar məhkəməyə göndərilib: “Sürücü Astara şəhəri H.Aslanov küçəsində ictimai qaydanı, əhalinin dincliyini nümayişkaranə şəkildə pozduğuna görə, tərəfimizdən saxlanılaraq Rayon Polis Şöbəsinə gətirilib və onun barəsində toplanan material aidiyyəti üzrə Rayon Məhkəməsinə göndərilib”.

Rayon Məhkəməsinin qərarı ilə Sərxan Cəfərov 15 gün müddətində inzibati qaydada həbs olunub.

Tural Kərimov

Rövşən Əzimov

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın