11:50 14 Sentyabr 2020 212
Ana səhifə Xəbərlər

Astarada gəlin qayınatasını bıçaqladı

Astarada gəlin qayınatasını bıçaqlayıb.

APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun Maşxan kəndində qeydə alınıb. Kənd sakini, 1960-cı il təvəllüdlü Nadir Axundov öz evində gəlini, 1995-ci il təvəllüdlü Aysel Axundova tərəfindən bıçaqlanıb.

Kürək nahiyəsindən xəsarət alan Nadir Axundov Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkim-cərrah Rəşad Fərzəliyevin sözlərinə görə, yaralının əməliyyatdan çıxdıqdan sonra vəziyyəti normal qiymətləndirilir: “Xəstə Axundov Nadir sol kürək nahiyəsinin 2 ədəd kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu ilə daxil olub. Yaralar cərrahi işlənib, bıçaq yarası daxilə nüfuz etməyib. Hazırda nəzarətə götürülüb, ölüm təhlükəsi yoxdur”.

Gəlinin qayınanası Azadə Axundova da hadisə baş verən zaman evdə olub: “Mən içəridə uzanmışdım, yoldaşım oturmuşdu mətbəxdə. O, dedi qurban ətidir mən yemirəm, amma bir də gördüm ki, qışqırdılar, kişi uzanıb qapının dibində qan götürüb onu”.

Qeyd edək ki, Aysel Axundova həyat yoldaşı ilə boşanma ərəfəsində olsa da, yenidən ər evinə qayıtmaq istəyib. Bu isə qayınatasının narazılığına səbəb olub və nəticədə gəlin mətbəx bıçağı ilə onu bıçaqlayıb.

Artıq polis əməkdaşları tərəfindən saxlanılan Aysel Axundova törətdiyi əməli etiraf edib. Faktla bağlı araşdırma aparılır.

Tural Kərimov

Rövşən Əzimov

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın