17:19 22 Noyabr 2020 306
Ana səhifə Xəbərlər

Astarada karantin rejimini pozanlara qarşı reyd keçirilib

Astarada tibbi maskadan istifadə etməyən vətəndaşlar cərimələnib.

APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, rayonda karantin rejimi qaydalarının icrasına nəzarət məqsədilə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qapalı və açıq məkanlarda reyd keçirilib. Əksər insanların tibbi maska ilə bağlı tələblərə əməl etdiyi müşahidə olunsa da, hələ də qaydalara və öz sağlamlığına laqeyd yanaşanlara rast gəlinib.

“Əhali arasında izahat maarifləndirmə işlərini davam etdiririk. Əhaliyə əvvəllər qapalı məkanlarda tibbi maskaların taxılması zəruri olduğu kimi, indi açıq havada da tibbi maskaların taxılması zəruridir. Bununla bağlı tədbirlərimizi davam etdiririk, bu tədbirlər əhalinin sağlamlığı üçündür”.

Eyni zamanda dövlət yol polisi əməkdaşları tərəfindən Astara şəhəri ərazisində taksi xidməti göstərən nəqliyyat vasitələrində də tibbi maskalardan istifadə olunması yoxlanılıb. Sərnişin daşımasına baxmayaraq bəzi taksi sürücülərinin tibbi maskadan istifadə etmədiyi aşkarlanıb.

Reydlər zamanı tibbi maskalardan düzgün şəkildə istifadə etməyənlərə də bir daha qaydalar izah olunub və görülən tədbirlərin məhz sakinlərin sağlamlığının qorunması məqsədini daşıdığı bildirilib. Edilən xəbərdarlıqlardan nəticə çıxarmayaraq tibbi maska ilə bağlı tələblərə riayət etməyənlər barəsində qanuna müvafiq tədbirlər görülüb və barələrində inzibati protokollar tərtib edilib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın