15:50 29 İyun 2020 296
Ana səhifə Xəbərlər

Astarada narkotik yetişdirən qonşular yaxalandı – TOYUQ HİNİNDƏN NARKOTİK ÇIXDI

Astara polisi narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan qonşuları saxlayıb.

APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, rayonun Sərək kənd sakini Kamal Ramazanovun həyətyanı sahəsinə keçirilən baxış zamanı böyürtkən kollarının arasında kultivasiya yolu ilə yetişdirdiyi 109 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Davam edən axtarış tədbirləri ilə saxlanılan şəxsin həyətindəki toyuq hinində gizlətdiyi 6 kiloqram 710 qram qurudulmuş marixuana da tapılıb.

Polis əməkdaşlarının keçirdiyi digər əməliyyat nəticəsində rayonun Sərək kənd sakinləri Orxan Ramazanovun həyətində becərdiyi 15 ədəd, Pərviz Ramazanovun həyətindən isə 4 ədəd çətənə kolları da aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Tural Kərimov

Rövşən Əzimov

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın