06:00 14 Yanvar 2020 212
Ana səhifə Xəbərlər

Avtobusda halı pisləşən sərnişin dünyasını dəyişdi - BAKIDA

Bakıda ölüm hadisəsi baş verib.

APA TV-nin məlumata görə, hadisə saat 11:00 radələrində paytaxtın Yasamal rayonunda, “Günəş Petrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığında qeydə alınıb.

Belə ki, 77 saylı marşrut avtobusunda səhhəti pisləşən 60-65 yaşlarında kişi sərnişinlərin köməyi ilə düşürülüb. Ətrafdakıların yardımına baxmayaraq, yaşlı kişi yol kənarında qəfil ürək tutmasından dünyasını dəyişib.

Dünyasını dəyişən şəxsin 70 yaşlı paytaxt sakini Arif Yusif oğlu Novruzov olduğu müəyyənləşib.

Faktla bağlı Yasamal rayon Prokurorluğunda araşdırma aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın