Avtomobilin vurduğu velosipedçi hadisə yerində öldü - GÖYÇAYDA
Göyçay rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə rayonun Şıxbəy kəndi ərazisində qeydə alınıb.
Belə ki, Ucar rayon sakini, 1982-ci il təvəllüdlü Qarakişi Kərimov idarə etdiyi “KİA Sportage” markalı minik avtomobili ilə hərəkətdə olarkən onunla eyni istiqamətdə hərəkət edən velosipedçi, Göyçay rayonu Şıxbəy kənd sakini 1980-ci il təvəllüdlü Tural Cabbarovu vurub.
Velosipedçi Tural Cabbarov aldığı ağır bədən xəsarətləri səbəbindən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Şahnəzər Bəşirov