17:21 24 Noyabr 2020 140
Ana səhifə Xəbərlər

Axtarışda olan Cəlilabad sakinləri Bakıda narkotiklə tutuldu

Axtarışda olan Cəlilabad sakinləri Bakıda narkotiklə tutulublar.

APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə axtarışda olan Sadiq Əliyev və Fərhad Tomarov Bakı şəhəri Xətai rayonu ərazisində saxlanılıblar.

Onların kirayə yaşadıqları Xətai rayonundakı evdən 3 kiloqrama yaxın heroin, 200 qram həşiş qətranı, 50 qram tiryək, 1 kiloqram metamfetamin, hər birində 100 ədəd həb olmaqla 15 qutu “Metadon-40” tərkibli dərman preparatları və elektron tərəzi aşkarlanaraq götürülüb.

Saxlanılan Sadiq Əliyev narkotik vasitələri İran vətəndaşından aldığını deyir: “Bakı şəhərində kirayə qaldığım evdə dostum Fərhadla bir yerdə polis əməkdaşları baxış keçirən zaman evdə narkotik vasitə tapıldı. Onu da İran vətəndaşı olan şəxsdən almışdıq”.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın