19:11 10 İyul 2020 548
Ana səhifə Xəbərlər

Aya Sofya məbədi muzeydən məscidə çevrilir – ATATÜRKÜN VAXTINDA VERİLƏN QƏRAR LƏĞV EDİLDİ

Türkiyə məhkəməsi İstanbuldakı Aya Sofya məbədinin muzeydən məscidə çevrilməsi ilə bağlı qərar verib.

APA TV-nin xəbərinə görə, Danıştay (dövlət idarəçiliyi ilə bağlı işlərə baxan məhkəmə) Aya Sofyanın məsciddən muzeyə çevrilməsinə dair 24 noyabr 1934-cü il tarixli Nazirlər Kabinetinin qərarını ləğv edib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə müvafiq fərman imzalayaraq, Aya Sofya məbədinin muzeydən məscidə çevrilməsi ilə bağlı məhkəmənin qərarını təsdiqləyib. Fərmana əsasən, Aya Sofyanın Türkiyə Diyanət İşləri Başqanlığının balansına verilməklə ibadətə açılmasına qərar verilib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın