18:00 22 Fevral 2020 699
Ana səhifə Xəbərlər

Azərbaycan-Ermənistan sərhədində meyiti tapılan hərbçimiz dəfn edildi

Azərbaycan-Ermənistan sərhədində meyiti tapılan hərbçimiz dəfn edilib.

APA TV-nin Qarabağ bürosunun verdiyi xəbərə görə, Akif Elşən oğlu Abbasov Ağcabədi rayon Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Hərbçimizin son mənzilə yola salınma mərasimində Müdafiə Nazirliyinin hərbiçiləri, Ağcabədi rayon icra hakimiyyətinin rəsmiləri və rayon ictimaiyyəti iştirak edib. Akif Abbasov dəfn olunduqdan sonra onun cənazəsinə bükülən üç rəngli bayraq şəhidin atası Elşən Abbasova təqdim olunub: “Vətən sağ olsun. Şəhidlik zirvəsi hər kəsə nəsib olmur. Yəqin balamız ən yüksək zirvədədir. Vətən sağ olsun”.

Hərbçimizin babası Yavər Mehdiyev də həm kədərləndiyini, həm də qürur duyduğunu deyir: “Mən bu 71 il ömrümün bu gününü həm kədərli, həm daha fərəhli hiss edirəm. Ona görə ki, şəhid övladının babasıyam. Və bütün bu camaatın hamısına minnətdaram.

Qeyd edək ki, bir müddət əvvəl itkin düşən əsgər Akif Abbasovun meyiti bir neçə gün əvvəl Azərbaycan-Ermənistan sərhədində neytral ərazidə tapılıb. Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə hərbçinin meyiti neytral ərazidən götürülüb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın