15:23 18 Oktyabr 2020 108
Ana səhifə Xəbərlər

Azərbaycan əsgəri ermənilərin xüsusi təyinatlılarının mövqelərini ələ keçirib

Ermənistan silahlı qüvvələrinin son qüvvə kimi səngərlərə atdığı xüsusi təyinatlılar Azərbaycan əsgərinin həmləsinə tab gətirməyərək geri qaçmağa məcbur edilir.

APA TV xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi video paylaşıb.

Nümayiş olunan videoda Azərbaycan Ordusunun zirehli texnikası və əsgərlərinin erməni xüsusi təyinatlılarını necə qovduğu müşahidə olunur.

Videonun son kadrlarında düşmən səngərlərini tərk etdikdən sonra həmin mövqelərə doğru Azərbaycan əsgərinin irəliləməsi aydın görünür.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın