17:25 24 Noyabr 2020 204
Ana səhifə Xəbərlər

Azərbaycan əsgəri humanizmin bariz nümunəsi kimi – BİZİM ŞƏRH

Bura Ağdamın Gülablı kəndidir. O Ağdam ki, noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan üçtərəfli bəyanata əsasən ayın 20-də boşaldılıb və rayon Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçib.

Rayonun boşaldılması üçün qarşı tərəfə yetərincə vaxt da verilib. Amma Gülablı kəndində məskunlaşan bəzi ermənilər hələ də Azərbaycan əsgərinin humanistliyinə güvənərək, bu gün də əşyalarını çıxarmaq üçün onlara müraciət edirlər.

Ermənilərin Xocalıda törətdiyi faciəyə, bu vaxta qədər xalqımızın başına gətirdiyi müsibətlərə baxmayaraq, Azərbaycan əsgəri öz humanistliyini bir daha nümayiş etdirir. Əsgərlərimiz ermənilərə köçməsi üçün yardım edir. Hərbi qulluqçularımız beynəlxalq humanitar hüququn norma və prinsiplərinə, o cümlədən 1949-cu il Cenevrə Konvensiyasının müddəalarına uyğun olaraq azad olunan torpaqlarımızda məskunlaşan ermənilərə yaşayış yerlərindən əşyalarının təxliyəsi və onların təhlükəsizliklərinin təmin edilməsi məqsədilə zəruri humanitar dəstək göstərir.

Bu Azərbaycan əsgəridir...

İllərdir işğal etdikləri ərazilərdən qovulduqca müxtəlif üsullarla – evlərini yandırmaqla, Şuşa meşələrinə od vurmaqla, ekoloji terror törətməklə gündəm olan ermənilərdən fərqli olaraq, yüksək peşəkarlığı, insaniyyəti, humanistliyi, insanpərvərliyi ilə hər zaman öndə olan Azərbaycan əsgəri.

Yeri gəlmişkən, qeyd edək ki, bir neçə gün öncə Ağdamın Şelli kəndində də bir erməni ailəsi ağ bayraq qaldıraraq evindən köç etmək üçün Azərbaycan əsgərindən icazə istəmişdi. Həmin hadisə ilə bağlı yayılan kadrlardan da görünür ki, hərbçilərimiz orda da öz humanistliyini göstərir və düşmənin törətdiyi bütün vandallıqlara baxmayaraq, onların ərazidən rahat çıxması üçün şərait yaradırlar.

Bax, budur erməni əsgərindən bizim fərqimiz. Budur Azərbaycan əsgərinin qüdrəti...

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın