14:39 25 Mart 2020 355
Ana səhifə Xəbərlər

Azərbaycan-İran sərhədi aprelin 20-nə qədər bağlı qalacaq – RƏSMİ

Azərbaycanla İran arasında sərhədin bağlanması haqqında qərarın müddəti uzadılıb.

APA TV-nin xəbərinə görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Məlumatda bildirilir ki, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycanla İran arasında dövlət sərhədinin məhdudlaşdırıcı rejim əsasında müvəqqəti bağlanması haqda qərarın müddəti aprelin 20-dək uzadılır.

Qeyd edək ki, koronavirus riskinin yayılması ilə əlaqədar fevralın 29-da saat 16:00-dan etibarən ikihəftəlik müvəqqəti dövr ərzində Azərbaycan və İran arasında dövlət sərhədlərinin məhdudlaşdırıcı rejim əsasında bağlanması barədə qərar qəbul olunub. Martın 12-də İranla sərhədin məhdudlaşdırıcı rejim əsasında müvəqqəti bağlı saxlanmasına dair qərarın müddəti iki həftə uzadılıb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın