19:10 18 Yanvar 2021 76
Ana səhifə Xəbərlər

Azərbaycan məhkəməsi Qarabağda döyüşən Rusiya vətəndaşı barədə həbs qərarı verdi

Ermənistan tərəfindən Qarabağda döyüşlərə cəlb olunmuş daha bir şəxs barəsində cinayət işi başlanıb.

APA TV-nin məlumatına görə, Rusiya vətəndaşı olan Dubakov Eduard Sergeyeviç barəsində Azərbaycan Cinayət Məcəlləsinin 214-3.1 (terrorçuluq, terrorçuluğu maliyələşdirmə), 218.2-ci (Cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə), 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanıb.

Səbail rayon Məhkəməsində hakim Şəhla Süleymanovanın sədrliyi ilə E.Dubakov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimat baxılıb.

Məhkəmə istintaq orqanın təqdimatını təmin edərək, E.Dubakov barəsində həbs-qətimkan tədbiri seçib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın