15:18 17 Aprel 2021 125
Ana səhifə Xəbərlər

Azərbaycan ordusunun əsgəri doğulduğu kənddə dəfn edilib

Aprelin 4-də Suqovuşan ərazisində mina partlayışı nəticəsində yaralanmış və bu gün şəhidlik zirvəsinə ucalmış Azərbaycan ordusunun əsgəri Bayramov İlkin Bayram oğlu doğulduğu Ağstafa rayonun Pirli kəndində dəfn edilib.

APA TV-nin yerli bürosu məlumat verir ki, şəhidin dəfnində rayon ictimaiyyətinin nümayəndələri, müxtəlif dövlət qurumlarının vəzifəli şəxsləri, hərbçi yoldaşları, yaxınları və rayon sakinləri iştirak ediblər. Şəhidin cənazəsi ilk olaraq axşam saatlarında onun doğulub boya-başa çatdığı rayonun Pirli kəndinə yaşadığı evə gətirilib. Şəhid İlkin Bayramov ailənin yeganə övladı olub.

Şəhidlə yaşadığı evdə vida mərasimi keçiriləndən sonra kənd qəbiristanlığında dəfn edilib.

Sonuncu dəfə 3 rəngli bayrağa bükülərək gətirilən bayraq rayon rəhbəri tərəfindən şəhid atasına verilib.

Qeyd edək ki, Bayramov İlkin Bayram oğlu Vətən müharibəsində iştirak edib. Prezidentin sərəncamı ilə “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib.

Fuad Nazimoğlu

Mehdi Məmmədov

APA TV Ağstafa

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın