13:53 14 İyul 2020 647
Ana səhifə Xəbərlər

Azərbaycan Ordusunun iki mayoru, iki giziri və bir əsgəri şəhid olub - ADLAR

Ermənistan Silahlı Qüvvələrinin Tovuz rayonu istiqamətində Azərbaycan sərhədlərinə hücumunu dəf edərkən bir neçə hərbçi şəhid olub.

APA TV-nin xəbərinə görə, Müdafiə Nazirliyinin məlumatında bildirilir ki, döyüşlər nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları - mayor Namiq Hajan oğlu Əhmədov, mayor Anar Gülverdi oğlu Novruzov, gizir İlqar Ayaz oğlu Zeynallı, gizir Yaşar Vasif oğlu Babayev və müddətdən artıq həqiqi xidmət hərbi qulluqçusu, əsgər Elçin Arif oğlu Mustafazadə qəhrəmancasına şəhid olublar.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın