17:22 23 Yanvar 2021 108
Ana səhifə Xəbərlər

Azərbaycan Ordusunun şəhid əsgəri Gəncədə dəfn edilib

Vətən Müharibəsində şəhid olan Azərbaycan Ordusunun əsgəri, 1993-cü il təvəllüdlü Murad Valeh oğlu İbrahimov Gəncədə dəfn olunub.

APA TV-nin qərb bürosunun xəbərinə görə, Murov istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Murad İbrahimovun nəşi Gəncə şəhərinə gətirilib.

Şəhidin yaşadığı evdə vida mərasimi keçirilib. Daha sonra şəhidin cənazəsi Gəncədəki Şəhidlər Xiyabanına aparılıb. Vida mərasimində ailəsi, Gəncə şəhər İcra Hakimiyyətinin rəhbərliyi, deputat Naqif Həmzəyev, Türkiyənin Gəncədəki baş konsulu Zəki Öztürk, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib.

Şəhid Murad İbrahimov Gəncə Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Qeyd edək ki, Murad Vətən Müharibəsində itkin düşən 50 hərbçidən biri idi.

Fuad Nazimoğlu

APA TV Gəncə

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın