12:51 13 İyul 2020 447
Ana səhifə Xəbərlər

Şəhid əsgər Xəyyam Daşdəmirov İsmayıllıda dəfn olunub

Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində düşmən təxribatı nəticəsində şəhid olan Azərbaycan Ordusunun əsgəri Xəyyam Məhəmməd oğlu Daşdəmirov bu gün doğulduğu İsmayıllı rayonunun Balik kəndində torpağa tapşırılıb.

APA TV-nin yerli bürosunun xəbərinə görə, dəfn mərasimində Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hərbçilər və rayon ictimaiyyəti iştirak edib.

Qeyd edək ki, Müdafiə Nazirliyinin yaydığı məlumata görə, düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçuları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları - çavuş Sadıqov Vüqar Lətif oğlu və baş əsgər Məmmədov Elşad Dönməz oğlu şəhid olub. Həkimlərimizin səyinə baxmayaraq, ağır yaralanan əsgər Xəyyam Məhəmməd oğlu Daşdəmirov da dünyasını dəyişib.

Həmçinin iyulun 13-nə keçən gecə ərzində də həmin ərazidə gərginlik davam edib. Döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçusu baş leytenant Mahmudov Rəşad Rəşid oğlu şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olanların ailələrinə başsağlığı verir və səbir diləyir.

Allah rəhmət eləsin!

Şahnəzər Bəşirov

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın