15:09 16 Yanvar 2021 72
Ana səhifə Xəbərlər

Azərbaycan Ordusunun şəhid olan hərbçisi Saatlıda dəfn edilib

Vətən müharibəsində şəhid olan Ələm Hüseynov Saatlıda dəfn edilib.

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, Saatlı rayonu Azadakənd kənd sakini, 1996-cı il təvəllüdlü Hüseynov Ələm Sərvər oğlunun nəşi bu gün Saatlı rayonuna aparılıb. Şəhid doğulduğu Azadakənd kəndində torpağa tapşırılıb.

Dəfn mərasimində rayon İcra Hakimiyyətinin rəhbərliyi, hərbçilər və rayon ictimaiyyəti iştirak edib.

Qeyd edək ki, Ə.Hüseynov 2020-ci il oktyabrın 30-da Qubadlı istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Allah rəhmət eləsin!

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın