19:45 13 Yanvar 2021 100
Ana səhifə Xəbərlər

Azərbaycan Ordusunun şəhid olmuş əsgəri dəfn edilib

Ötən gün şəhid olan Dövlət Sərhəd Xidmətinin zabiti Gəncədə torpağa tapşırılıb.

APA TV-nin yerli bürosu məlumat verir ki, şəhid olan tabor komandiri 1988-ci il təvəllüdlü Muxtarov Sənan İlqar oğlu ilə yaşadığı evdə vida mərasimi keçirilib. Daha sonra kapitan şəhidimiz Gəncənin Şəhidlər Xiyabanına aparılıb. Mərasimdə DSX-nın yüksək rütbəli zabitləri, şəhidin silah yoldaşları, Gəncə Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, Gəncə ŞPBİ-nin rəisi general mayor Teymur Hacıyev, şəhidin yaxınları və şəhər rəsmiləri iştirak edib.

Şəhidlər Xiyabanında cənazə namazı qılınıb, sonra isə torpağa tapşırılıb. 32 yaşlı şəhid kapitan dəfin olunandan sonra DSX hərbiçiləri havaya yaylım atəşi açıblar.

Muxtarov Sənanın tabutuna bükülmüş üçrəngli Azərbaycan Bayrağı mərhumun atasına təqdim edilib.

Şəhadətə qovuşan şəhidimiz anası deyir ki, mənim balam vətəni ailəsindən üstün tutdu:

Yaxınları deyir ki, Sənangil ailədə 2 qardaş olublar. Hər iki vətənpərvər övlad idilər. Şəhidin qardaşı da Azərbaycan ordusunun Murovdağ istiqamətində qulluq edir.

Qeyd edək ki, DSX-nin Tabor Komandiri Muxtarov Sənan İlqar oğlu ötən gün Zəngilan rayonun Ermənistanla sərhəd kəndi olan Yuxarı Yeməzli kəndində xidməti avtomobili ilə hərəkətdə olan zaman minaya düşüb. Nəticədə kapitan M.Sənan şəhid olub sürücüsü isə ağır yaralanıb.

Şəhidimiz ailəlidir, bir övladı var. Allah rəhmət eləsin!

Fuad Nazimoğlu,

Mehdi Məmmədov,

APA TV Gəncə

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın