18:34 13 Yanvar 2021 40
Ana səhifə Xəbərlər

Azərbaycan Ordusunun şəhid olmuş əsgəri İkram Məmmədov Xaçmazda dəfn edilib.

APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, Vətən Müharibəsində Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olan Ordumuzun əsgəri, 2002-ci il təvəllüdlü Məmmədov İkram Ehtiram oğlunun nəşi Xaçmaz rayonuna gətirilərək doğulduğu Çiləgir kənd qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində Xaçmaz Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və rayon ictimaiyyəti iştirak edib.

Qeyd edək ki, İkram Məmmədov ötən ilin iyul ayında hərbi xidmətə yollanıb. O, cəbhənin Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edib və qəhrəmancasına şəhid olub.

Şəhid İkram Məmmədov Vətən müharibəsində itkin düşən 64 hərbçidən biri idi.

Allah rəhmət eləsin!

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın