18:27 06 Dekabr 2019 408
Ana səhifə Xəbərlər

Azərbaycan polisi ağac əkdi - ÖLKƏNİN HƏR YERİNDƏ

İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə start verilən ağacəkmə aksiyasında Azərbaycan polisi də fəal iştirak edib.

APA TV-nin DİN-in mətbuat xidmətinə istinadən məlumatına görə, daxili işlər orqanlarının şəxsi heyəti paytaxt və ölkənin digər bölgələrində 11400 şam və küknar əkib. Tinglər suvarılıb, aqrotexniki qulluq göstərilib, küləyə qarşı qoruyucu dirəklər basdırılıb.

Xatırladaq ki, aksiya “Nəsimi ili” çərçivəsində Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilir.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın