Azərbaycan Prezidenti Rusiyanın Xarici İşlər nazirini qəbul edib
Prezident İlham Əliyev dekabrın 2-də Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrovu qəbul edib.
APA TV-nin məlumatına görə, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov ölkəsinin Prezidenti Vladimir Putinin salamlarını Azərbaycanın dövlət başçısına çatdırıb.
Prezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını həmkarına çatdırmağı xahiş edib.