14:00 16 Oktyabr 2019 59
Ana səhifə Xəbərlər

"Azərbaycan" qəzetinin bərpasının 30 illiyi qeyd olunub

“Bu gün "Azərbaycan" qəzetinin bərpasından 30 il keçir. Əvvəllər qəzetin tirajı 100 min idisə, sonralar 500 min tiraja çatdı. Biz dövlətə və xalqa xidmət edirdik".


APA TV-nin məlumatına görə, bu sözləri 1989-cu ildə ikinci dəfə işıq üzü görən "Azərbaycan" qəzetinin baş redaktoru Sabir Rüstəmxanlı deyib.

30 illik yubileyə həsr olunmuş tədbirdə bildirilib ki, 2020-ci ildə Azərbaycan mətbuatının yaranmasının 145 yaşı tamam olacaq və “Azərbaycan” qəzeti də mətbuat tariximizə töhfələr verib: “Dövlətimiz qorunmalıdır. Dövlətimiz sərgüzəştlər yolu ilə idarə olunmaz. İqtidarlı-müxalifətli, sağlı-sollu - bütün Azərbaycan bu dövlətin möhkəmlənməsinə kömək etməlidir. Dövlət iqtidar deyil, iqtidarlar gələr gedər, biz dövlətin dayaqlarını sarsıdan yollardan qaçmalıyıq. Biz qəzetdə bu ideyalara xidmət etmişik və bundan sonra da bu prinsipə xidmət edəcəyik”.

Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov isə çıxışında "Azərbaycan" qəzetinin bir məktəb olduğunu vurğulayaraq, qəzetin Azərbaycan jurnalistikasında özünəməxsus yer tutduğunu bildirib.

Sonda 1989-cu ildə "Azərbaycan" qəzeti ilə əməkdaşlıq etmiş jurnalistlər Mətbuat Şurasının fəxri diplomları ilə təltif edilib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın