04:00 14 Dekabr 2019 130
Ana səhifə Xəbərlər

Azərbaycan Rus İcması: Vətən uğrunda döyüşməyə hazırıq!

"Azərbaycan Rus İcmasının (ARİ) V qurultayı ölkədə siyasi və iqtisadi sabitlik şəraitində keçirilir".

APA TV-nin məlumatına görə, bu barədə qurultayda çıxışı zamanı ARİ sədri, Milli Məclisin deputatı Mixail Zabelin bildirib: “Vaxtilə ümummilli lider Heydər Əliyevin başlatdığı, bu gün dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilən islahatlar Azərbaycanda mütərəqqi dəyişikliklərə gətirib çıxarıb”.

Azərbaycanla Rusiya arasındakı əlaqələrdən danışan icma sədri münasibətlərin ən yüksək səviyyədə olduğunu deyib: “1-ci vitse-prezident Mehriban Əliyevanın Moskva şəhərinə səfəri, Rusiyanın ali mükafatına layiq görülməsi hər iki ölkənin prezidentləri tərəfindən dəstəklənən yüksək dostluq və qarşılıqlı etimadın əyani sübutudur”.


Rusların azərbaycanlı qardaşları ilə çiyin-çiyinə Vətənin ərazi bütövlüyü uğrunda vuruşduqlarını və yenə vuruşmağa hazır olduqlarını bildirən Mixail Zabelin bir sıra rus vətəndaşının yüksək adlarla təltif edildiyini xatırladıb.

Qeyd edək ki, qurultayda ARİ-nin ötən dövrdəki fəaliyyəti barədə hesabat dinlənilib.

Mixail Zabelin yekdilliklə qarşıdakı beş il üçün İcmanın sədri seçilib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın