18:38 15 Sentyabr 2020 293
Ana səhifə Xəbərlər

Azərbaycan və Türkiyə hərbi təyyarələri Gəncədə uçuşlar keçirdi

Türkiyə Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri bu dəfə Gəncədə havaya qalxdı. Budəfəki uçuşların məqsədi isə Bakının azad olunmasının 102-ci ildönümünü qeyd etməkdir.

APA TV-nin yerli bürosunun məlumatına görə, uçuşlara hər iki ölkənin döyüş təyyarələri və helikopterləri cəlb olunub.

Şəhərin baş meydanında baş tutan uçuşu izləməyə şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyə Cümhuriyyətinin Gəncədəki Baş Konsulu Zəki Öztürk, şəhər ictimaiyyətinin nümayəndələri və gənclər qatılıb.

Səmaya ilk olaraq Türkiyə və Azərbaycanın dövlət bayraqlarını daşıyan helikopterlər qalxıb.

Ardınca, müasir hücumçu-qırıcı təyyarələr havaya qalxıb. Meydana toplaşan gənclər uçuşları heyranlıqla seyr ediblər:

Bu şərəfli gün münasibətilə düzənlənən səma göstərisini gəncəlilərlə birgə izləmək üçün meydana gələn Türkiyə Cümhuriyyətinin Gəncədəki Baş Konsulu Zəki Öztürk də bu qürurlu səhnələrin bu şəhərin tarixində əlamətdar hadisə kimi yaddaşlarda qalacağını, ölkələrimizin qardaşlığının daimi və sarsılmaz olduğunu bir daha vurğulayıb.

Fuad Nazimoğlu

Mehdi Məmmədov

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın