14:00 26 Fevral 2020 129
Ana səhifə Xəbərlər

Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

Fevralın 25-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclası keçirilib.

APA Tvxəbər verir ki, dövlət başçıları iclasda çıxış ediblər.

Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclası başa çatdıqdan sonra Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimi olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının səkkizinci iclasının Protokolu”nu imzaladılar.

Sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər.

Əvvəlcə Azərbaycan Prezidenti bəyanatla çıxış etdi.

Sonra Türkiyə Prezidenti bəyanatla çıxış etdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın şərəfinə ziyafət verilib.

Ziyafətdən sonra Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı yola saldı.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın