08:00 14 Yanvar 2020 238
Ana səhifə Xəbərlər

Azərbaycana avtomobil idxalı ötən il 65% artıb

2019-cu ildə Azərbaycana 47 710 ədəd avtomobil idxal olunub ki, bu da 2018-ci illə müqayisədə 65,2% çoxdur.

Dövlət Gömrük Komitəsindən APA TV-yə verilən məlumata görə, ötən il ölkəyə 43 156 ədəd əsasən adamların daşınması üçün nəzərdə tutulan minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri idxal olunub. Bu göstərici 2018-ci ilə nisbətən 65% artıb.

Bundan başqa, 2019-cu ildə ölkəyə 3 780 ədəd (2018-ci illə müqayisədə 64,3% çox) yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 547 ədəd (artım təxminən 84,1%) sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri və 227 ədəd (artım 72%) xüsusi təyinatlı motorlu nəqliyyat vasitələri idxal olunub.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın