17:08 25 Noyabr 2020 168
Ana səhifə Xəbərlər

Azərbaycana daha 5 zubr gətirildi

IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Ümumdünya Təbiəti Mühafizə Fondunun Azərbaycan Nümayəndəliyi tərəfindən həyata keçirilən zubrların reintroduksiya layihəsi çərçivəsində Azərbaycana daha 5 zubr gətirilib. Bununla da Şahdağ Milli Parkının İsmayıllı bölməsinin ərazisində zubrların sayı 19-a çatıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA TV-yə bildirilib ki, yeni gətirilən zubrlar bir müddət milli parkın ərazisində volyer şəraitində saxlandıqdan sonra vəhşi təbiətə buraxılacaq.

Qeyd edək ki, Azərbaycanda zubrlar ilk insanların yaşadığı qədim dövrlərdən mövcud olub. Qobustan qayalarının üstündə vəhşi zubrların cizgilərinin əks olunması da bunun göstəricisidir.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın