18:05 30 İyun 2020 297
Ana səhifə Xəbərlər

Azərbaycanda 18 jurnalist koronavirusa yoluxdu, bir nəfər vəfat etdi

“Dünyada jurnalistlər arasında COVID-19-a yoluxma və ölüm sayı 2 dəfə artıb”.

APA TV-nin məlumatına görə, bunu Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli bildirib.

Onun sözlərinə görə, Beynəlxalq təşkilatların hesabatlarındakı rəqəmlər bunu deməyə əsas verir. Belə ki, iyun ayının sonlarına doğru dünyada COVID-19-a yoluxub həyatını itirən jurnalistlərin sayı 137 nəfərə çatıb. Ümumi yoluxanların sayı isə 1200 nəfərə yaxındır.

Müşfiq Ələsgərli ölüm hallarının daha çox 31 ölkə üzrə qeydə alındığını vurğulayıb. Yüksək rəqəmlər Latın Amerikası ölkələrində olub.

Ötən ayın siyahısında dəyişən daha bir məqam isə Azərbaycanın da bu hesabatlarda adının görünməsidir. Belə ki, ilk 4 ay müddətində ölkəmizdə jurnalistlər sırasında COVID-19-a yoluxan bir nəfər belə yox idisə, bu gün durum pisləşib. İyunun sonuna olan məlumata görə, Azərbaycanda 18 jurnalist COVID-19-a yoluxub, bir nəfər isə həyatını itirib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın