20:34 08 Mart 2021 170
Ana səhifə Xəbərlər

Azərbaycanda 195 nəfər COVID-19-a yoluxub, 6 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 195 yeni yoluxma faktı qeydə alınıb, 71 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA TV-yə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 236 963 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 229 789 nəfər müalicə olunaraq sağalıb, 3 247 nəfər vəfat edib, 3 927 aktiv xəstə sayı nəfərdir.

Ölkədə son sutka ərzində 4 624, hazırkı dövrədək isə 2 657 999 test aparılıb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın