15:18 28 Fevral 2021 269
Ana səhifə Xəbərlər

Azərbaycanda 270 nəfər COVID-19-a yoluxub, 117 nəfər sağalıb, 2 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 270 yeni yoluxma faktı qeydə alınıb, 117 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA TV verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 234 537 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 228 768 nəfər müalicə olunaraq sağalıb, 2 549 nəfər vəfat edib, aktiv xəstə sayı nəfərdir.

Ölkədə son sutka ərzində 7 444, hazırkı dövrədək isə 2 598 679 test aparılıb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın